İspaniya La Liqasının 14-cü turunda baş tutan "Atletiko" - "Elçe" matçı 3:1 hesabı ilə yekunlaşıb.

Offsideplus.az xəbər verir ki, "Atletiko"nun qollarını Luis SuarezDieqo Kosta vurub. Oyundan sonra açıqlama verən Kosta dubl etdiyinı görə uruqvaylı ulduzu söyüb:

"O çoxdandır ki, qol vurmurdu, alçaq... İndi mən qayıtmışam və o iki qol vurur!".

32 yaşlı ispaniyalı sonradan zarafat etdiyini və Suarezə görə xoşbəxt olduğunu açıqlayıb.

Qeyd edək ki, Dieqo Kosta zədə səbəbindən noyabr ayından bəri yaşıl meydanlardan uzaq qalmışdı.