Ötən gecə İspaniya La Liqasında "Real Madrid" "Atletik Bilbao"nu qəbul edib.

Offsideplus.az xəbər verir ki, "Kral klubu" 3:1 hesabı ilə doğma meydanda qələbə qazanıb. Hesabı fasiləyə getmədən öncə Toni Kroos açıb: 1:0. İkinci hissədə "Bilbao"lu Kapa hesabı bərabərləşdirib. Kərim Benzemanın 74-cü və 90+2-ci dəqiqədəki qolları sayəsində "Real" qalib gəlib: 3:1.

Bundan sonra xal sayını 26-ya çatdıran "Real Madrid", "Real Sosyedad""Atıetiko Madrid"lə ilk pilləni bölüşür. Buna baxmayaraq, "Atletiko"nun ehtiyatda hələ ki, 2 oyunu var.

"Real" - "Atletik Bilbao" görüşünün geniş icmalını təqdim edirik:

"Real Madrid" - "Atletik Bilbao" 3:1 (T.Kroos, 45+3. K.Benzema, 74, 90+2. - A.Kapa, 51.)