İspaniya La Liqası tarixində möhtəşəm qollar, oyunçular və xüsusi məqamlarla yadda qalan daha bir həftəyə gəldik.

Offsideplus.az La Liqa-ya istinadən İspaniya futbol tarixində bu 7-11 dekabr arası nələr baş verib təqdim edir:

7 dekabr, 2019-cu il. Luis Suarezin daban qolu "Kamp Nou"nu titrədir

Luis Suarez scores a stunning back heel goal for Barcelona vs Mallorca

2019-cu ilin 7 dekabrında baş tutan "Barselona" - "Mallorka" görşü bir çox məqamlarla yadda qaldı: Lionel Messinin La Liqada 35-ci "het-trik"ini etməsi, Antuan Qrizmanın möhtəşəm qolu və Luis Suarezin fantastik daban zərbəsi. Qapıya 11 metr qalmış dabanı ilə göndərdiyi o qol hələ uzun müddət özündən söz etdirəcəkdi. Hazırda "Atletiko"da çıxış edən uruqvaylı ulduz La Liqada vurduğu 144 qoldan bəlkə də ən gözəlinə "Barsa" formasında imza atmışdı.

 

8 dekabr, 2002-ci il. Ronaldo və Raul "Real Madrid" formasında çiyin-çiyinə

Ronaldo and Raul team up for Real Madrid 2002

2002-ci ilin yayında Ronaldo Nazario "Santiyaqo Bernabeu"ya çatarkən çoxlarını maraqlandıran bir sual vardı: "Fenomen" Kral klubunun hücum xəttində olan Raul Qonzalezə necə uyğunlaşacaq? Bir neçə aydan sonra "Mallorka"nın "Son Moiks" stadionunda birləşən ikili buna gözəl cavab verdi:  "Real"ın 5:1 hesablı qələbəsində hücumçular hərəyə dubl edərək yaddaşlarda qaldı. Həmin zaman Raul xəsislik etməyərək Ronaldoya ötürmə vermiş və "Kral klubu" hesabı beləcə açmışdı. İkili sonralar 103 La Liqa oyununa çıxmış, 16 dəfə bir-birlərinə ötürmə vermiş və 2 dəfə La Liqa kubokunu başları üzərinə qaldırmışdı.

9 dekabr, 2012-ci il, Falkao "Atletiko" üçün penta-trik edir

Falcao hits five for Atletico 2012

2012-ci ilin 9 dekabrında "Visente Kalderon" stadionunda hava çox soyuq idi. Lakin "Atletiko"nun hücumçusu Radamel Falkao möhtəşəm qolları ilə havanı isitməyi bacardı. Dieqo Kosta "Deportivo"ya qarşı açılış qolunu vurandan sonra Falkao ipləri əlinə aldı. İlk qol zamanı rəqib müdafiəçilərindən əla sıyrıldı, ikinci qolu Arda Turanın ağıllıca ötürməsi ilə qapıya göndərdi. Üçüncü qolu penaltidən özü qazanan Falkao, dördüncünü başı ilə yerinə yetirdi. 5-ci qoldan sonra 6:0 hesablı qələbə "Atletiko"lulara bəs elədi və beləcə matç "Deportivo"nun Falkao tərəfindən darmadağını ilə başa çatdı.

11 dekabr, 2005-ci il. Ramos "Real"da başla ilk qolunu vurur

Sergio Ramos nets his first goal for Real Madrid 2005

"Santiyaqo Bernabeu stadionu"nda yarım saatdan sonra hesab nəhayət açılmışdı. Zidanın küncdən göndərdiyi topu 19 yaşlı gənc Serxio Ramos başı ilə "Malaqa"nın qapısına yollamışdı. 15 il sonra Zinədin Zidan "Real"a baş məşqçilik edir, Ramos isə 34 yaşında hələ də "Kral klubu"nun şərəfini qoruyur.