İspaniya Futbol Federasiyası "Barselona" və futbolçusu Lionel Messini cərimələyib.

Offsideplus.az xəbər verir ki, La Liqanın 11-ci turunda "Osasuna" ilə görüşdə (4:0) qol vurandan sonra futbolkasını çıxaran Messi buna görə cəza alıb. Argentinalı ulduz 600 avro, klubu isə 350 avro civarında pul ödəməli olacaq. 

Xatırladaq ki, Messinin cəzasının səbəbi Dieqo Maradonanın xatirəsini yad etmək üçün onun “Nyuells Old Boys" formasını geyinməsi olub.