İspaniyanın "Atletiko" klubunun futbolçusu Dieqo Kosta uzun müddət yaşıl meydanlardan kənarda qala bilər.
Offsideplus.az xəbər verir ki, futbolçu dərin damar trombozundan əziyyət şəkir. "Daily Mail" nəşrinə açıqlamasında həkim Xose Eskudero bildirib ki, Bu cür xəstələrin sağalma müddəti 3-6 arasındadır.
Qeyd edək ki, "Atletiko" tibbi müayinədən sonra Dieqo Kostaya dərin damar trombozu diaqnozu qoyulduğunu açıqlayıb. Təcrübəli oyunçunun problemi əvvəlki zədə ilə əlaqəli deyil.