Yayda "Barselona"nı "Atletiko"ya dəyişən Luis Suares sabiq komanda yoldaşı haqda danışıb.
Offsideplus.az "Mundo Deportivo"ya istinadla xəbər verir ki, Suares Lionel Messi haqda fikirlərini dilə gətirib. Təcrübəli forvard argentinalı ulduza görə ürəyinin ağrıdığını gizlətməyib: "Barselona" haqda çox danışmışam. Daha susmağı və "Atletiko"dakı günlərdən həzz almağı düşünürəm. Amma Messidən danışmalı olsam, dostumun və həmkarımın düşdüyü vəziyyət məni üzür. Bir insan kimi onun qayğısına qalıram. Onu da bilirəm ki, Lionel hər vəziyyətdən çıxmağı bacarandır".
Qeyd edək ki, 33 yaşlı forvard 2014-2020-ci illər aralığında "Barselona"da komanda yoldaşı olub.