Serxio Busketsin durumuna aydınlıq gəlib.

Offsideplus.az “Mundo Deportivo”ya istinadla xəbər verir ki, UEFA Millətlər Liqasının 5-ci turunda İsveçrə ilə matçda xəsarət alan 32 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçib. Nəticədə onun zədəsinin ciddi olmadığı müəyyənləşib.

İspaniya millisinin və "Barselona"nın üzvünün 7-10 gün yaşıl meydanlardan uzaq düşəcəyi dəqiqdir. O, Millətlər Liqasında Almaniya, La Liqada “Atletiko ilə oyunları buraxacaq.  Çempionlar Liqasında Kiyev “Dinamo”su ilə matça qədər hazır olub-olmayacağı bilinmir.