"Barselona" zədəli futbolçusu Ansu Fati ilə razılaşmasını yeniləmək istəyir.
Offsideplus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubu bir neçə həftə əvvəldən danışıqlara başlayıb. Dizindən aldığı zədəyə görə 3-4 ay yaşıl meydanlardan uzaq qalan Ansu Fati ilə müzakirələr müsbət nəticə verib. İspaniya millisinin üzvünün klub ilə müqaviləsi 2022-ci ilə qədərdir.
18 yaşına yenicə girməsinə baxmayaraq Fati, baş məşqçi Ronald Kumanın planlarında açar rolunu oynayır. Gənc ulduz göstərdiyi performans ilə də bunu sübut edib: 7 oyuna çıxaraq 4 qol vurub.