La Liqasının 9-cu turu çərçivsində baş tutan "Atletiko" - "Kadiz" görüşünün nəticəsi liderliyə birbaşa təsir edib.

Offsideplus.az xəbər verir ki, "Atletiko Madrid" 4:0 hesablı qələbəsi ilə xallarının sayını 17-yə çatdırıb. Beləliklə La Liqa cədvəlində yeni lider Madrid klubu olub. İkinci pillədə 17 xalla "Atletiko"dan bir oyun çox keçirmiş "Real Sosyedad"dır. Üçüncü yerdə isə 16 xalla "Real Madrid" qərarlaşıb.

Ötən gün 5:2 hesabı ilə "Betis"ə qalib gələn "Barselona" isə hazırda 8-ci pillədədir.