Dünən baş tutan "Barselona" - "Betis" matçı Ansu Fati üçün heç də xoş keçməyib.
Offsideplus.az xəbər verir ki, komandası qalib gəlsə də (5:2), 18 yaşlı futbolçu oyunun ikinci hissəsində zədələnib. Sol dizindən zədə aldığı açıqlanan Fati növbəti dəfə tibbi müayinədən keçdikdən sonra müalicəsinə başlanacaq. Gənc ulduz əməliyyat olunacağı halda, 3-4 ay yaşıl meydanlardan uzaq qala bilər.
Qeyd edək ki, "Barselona" formasında bu mövsüm 10 oyuna çıxan Ansu Fati 5 qol vurub, 2 ötürmə edib.