La Liqada oktyabr ayının ən yaxşı futbolçusu bəlli olub.
Offsideplus.az xəbər verir ki, "Real Sosyedad"ın hücumçusu Mikel Oyarzabal ayın ən yaxşı oyunçusu adına layiq görülüb. O, La Liqanın və həmçinin, "Real Sosyedad"ın ən çox qol vuran futbolçusu olub. Belə ki, 23 yaşlı ispaniyalı 3 oyuna 4 qol vurub.
Qeyd edək ki, Oyarzabal 2015-ci ildən "Real Sosyedad"da çıxış edir.