İspaniya La Liqası tarixində klassik qollara, oyunçular və yaddaqalan hadisələrə nəzər saldıq...

Offsideplus.az La Liqa-ya istinadən bu unudulmaz anları sizlərə bir daha xatırladır:

26 oktyabr 1996-cı il, Ronaldo Nazario La Liqada ilk het-trikinə imza atır:

Ronaldo Nazario FC Barcelona 1996

Gənc Ronaldo Nazarionu "dayandırmaq" mümkün deyildi. "Valensiya"nın iki müdafiəçisini ustalıqla keçir, topu Andoni Zubizarettanın baş üstündən tora göndərir. Güc və zərifliyin qarışığı ilə topu rəqib torundan keçirərək dubla imza atır. Bununla kifayətlənməyən "fenomen" üçüncü qolunu da vuraraq 1996-cı il 2 noyabrda "Barselona"da ilk het-trikini edir. 4 il "Real Madrid"də çıxış edəndən sonra Ronaldo La Liqada 164 oyuna 114 qol vurdu. Hazırda isə "Real Valyadolid"in prezidentidir.

 

26 oktyabr, 1997-ci il, əfsanəvi Romarionun La Liqada son qolu:

Romario Valencia CF 1997

1997-ci ilin 27 oktyabrında topu bir toxunuşla qapıya göndərən "Valensiya"lı Romario ardından stadiona çevrildi, gülümsəyərək həyat yoldaşı və yeni doğan körpəsini salamladı... Bu çox gözəl anlar olsa da, "yarasalar"ın qələbəsi çox çəkmədi: rəqib "Real Oviedo" hesabı bərabərləşdirdi - 1:1. 30 yaşlı Romario isə "Valensiya"da keçirdiyi 11 oyunun ardından klubu tərk etdi. "Barselona"dakı çıxışı da daxil olmaqla, ümumilikdə 46 oyuna çıxan braziliyalı "bəstəboy" 34 qola imza atdı.

28 oktyabr 2018-ci il, Luiz Suarez "El-Klasiko"da het-trik edir:

Luis Suarez hat trick in ElClásico 2018

Lionel Messinin zədələnməsi səbəbindən 2018-ci il, 28 oktyabrda baş tutan "El-Klasiko"da ipləri Luiz Suarez əlinə götürdü. Filip Koutinyonun erkən qolun ardını uruqvaylı futbolçu gətirdi. 30, 75 və 80-ci dəqiqələrdə vurduğu qollar "katalonlar"ı 4:1 önə çıxardı. Son nöqtəni isə 87-ci dəqiqədə Arturo Vidal qoydu. "Marselo"nun 50-ci dəqiqədə vurduğu qol isə "Real Madrid" üçün bir şeyi dəyişmədi. Son hesab: 5:1. Qeyd edək ki, bu darmadağın Kral klubunun o dövrdəki baş məşqçisi Yulen Lopeteqinin də sonunu gətirdi.

 

29 oktyabr 1994-cü il, Raul La Liqada debüt edir:

Raul Gonzalez debut Real Madrid 19941 01

1994-cü il 29 oktyabrda "Real Zaraqoza"nın meydanında ən sakit insan Raul Qonsales meydana çıxdı. "Real"da debüt oyununa çıxan cəmi 17 yaşlı Raul sonralar bu klubla 550-ci oyununu keçirəcəyini hələ bilmirdi. 90 dəqiqə meydanda qaçan bu oğlan komandasına kömək edə bilmədi və oyun 3:2 hesablı məğlubiyyətlə başa çatdı. Bu Raul üçün böyük xəyal qırıqlığı idi, lakin bir həftə sonra La Liqada sonralar vurduğu 229 qoldan birini tordan keçirdi. 

Kral klubunda keçirdiyi 16 mövsümdə ispaniyalı əfsanə 6-sı La Liqanın olmaqla, bir çox kuboku başı üzərinə qaldırdı.