Dünən baş tutan "Alaves" - "Barselona" (1:1) matçından sonra Antuan Qrizman açıqlamalar verib.
Offsideplus.az xəbər veirir ki, fransalı hücumçu özü də daxil olmaqla hamının əsəbiləşdiyini deyib. 29 yaşlı futbolçu komandanın çox çalışaraq özünü inkişaf etdirməli olduğunu deyib.
"Biz qəzəblənmişik. Qəzəbliyik, çünki 3 xal istəyirdik. Qol epizodlarından çoxunu boşa verdik, elə biri mən. Çox şansımız oldu, lakin cəmi birini vura bildik. Öz üzərimizdə çalışmalıyıq. Komandanın qollara ehtiyacı var və mən də çalışıram ki, nəticəmi yüksəldim".