"Barselona"nın sabiq məsləhətçisi Aryeda Brayda klubun heç vaxt Haaland və Poqbanı heyətinə qatmaq fikrində olmadığını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, "Mançester Yunayted" və "Dortmund"un ulduz futbolçuları potensial transferlər kimi görünsələr də, heç vaxt razılaşma təklif olunmayıb. Brayda bildirib ki, hazırda "qırmızı şeytanlar"da çıxış edən Pol Poqba ilə əlaqə saxlasa da, "Barsa" oyunçunu transfer etmək marağında olmayıb.
Bundan əlavə, o, "Barselona"nın "Borussiya Dortmund"dan Erlinq Haaland, "İnter"dən Niko Barella, "Roma"dan Nikolo Zaniolo kimi gənc və bacarıqlı futbolçulara diqqət vermədiyini qeyd edib.