"Barselona"nın fransalı futbolçusu Antuan Qrizmann komanda yoldaşı Ansu Fatiyə qarşı edilən hörmətsizliyə biganə qalmayıb.
Offsideplus.az xəbər verir ki, "Barselona"nın "Ferentsvaroş"a qalib gəldikləri matçın (5:1) ardından jurnalist Salvador Sostres Fatinin matçdakı performansını irqçi kəlimələrlə ifadə edib. Sostres Fatinin "polisdən qaçaraq su satan qaradərili oğlanlar" kimi qaçdığını deyərək 17 yaşlı futbolçunu təhqir edib.
Bu hadisənin ardından Antuan Qrizmann öz "Tvitter" hesabında Fatinin tərəfini saxlayıb.
"Ansu bütün insanlar kimi hörmət edilməyə layiq özəl bir oğlandır. İrqçiliyə və pis davranışlara son", - deyə fransız futbolçu paylaşım edib.