Ötən gün "Kadiz" klubuna məğlubiyyətin ardınca "Real Madrid"in qapıçısı Tibo Kurtua açıqlamalar verib.

Offsideplus.az xəbər verir ki, belçikalı futbolçu bu məğlubiyyətin Kral klubu üçün yaxşıca silkələnmə olacağını deyib. Kurtua bildirib ki, "El-Klassiko" və Çempionlar Liqasında ilk matçlarına çıxmadan əvvəl bu komandaya yaxşı təsir edəcək.

"Məğlubiyyət yaxşı şeydir, çünki bu işə qayıtmağınız üçün sizi oyadan bir çağırışdır. Bu işlərimizi yaxşı görmədiyimizi və inkiaf etməli olduğumuzu göstərir", - deyə 28 yaşlı qolkiper qeyd edib.