"Real Madrid"in ən yaddaqalan futbolçusu və keçmiş kapitanı İker Kasilyas ulduz futbolçular Messi və Ronaldonu müqayisə edib.

Offsideplus.az xəbər verir ki, sabiq qolkiper Lionel Messinin sahib olduğu bacarıqları qəbul etsə də, əzəli rəqibləri bir-birindən fərqləndirənin Kriştiano Ronaldonun iş etikası olduğuna inanır. "Real"ın əfsanəsi Kasilyas Kriştiano Ronaldonun daha təsirli işlər gördüyünü etiraf edib.

"Ronaldo həmişə ən yaxşı olmaq üçün çalışırdı, hətta lap gənc olduğu vaxtlardan... İnanıram ki, o buna nail oldu", - deyə İker Kasilyas qeyd edib.