Bu həftə "Sevilya"ya qarşı matçda debüt edən Serxino Dest Messi ilə görüşündən sonra təfərrüatlarını bölüşüb.

Offsideplus.az xəbər verir ki, "Barselona"nın yeni transferi Dest Lionel Messi ilə tanışlığından danışıb.

"Bu gün Messi də daxil olmaqla, hamını gördüm. Argentinalı ingiliscə danışmırdı, buna baxmayaraq onunla görüşmək çox qürur verici idi. Düzünü desəm, mənə dedikləri barədə heç bir fikrim yoxdur, lakin bir-birimizə baxıb gülümsədiyimiz müddətcə heç bir problem yoxdur", - deyə 19 yaşlı futbolçu "Sevilya" ilə matç sonrası açıqlama verib.