Kurtua "Real"ın ulduz futbolçusunun zədəsini tezliklə sağaldacağına ümid edir.

Offsideplus.az xəbər verir ki, "Real"ın qapıçısı Tibo Kurtua Eden Hazardın bir az üzgün olduğunu bildirib. Qolkiper bunu dünən "Real Valladolid"ə qalib gəldikdən sonra baş tutan mətbuat konfransında deyib.

"Hazard bir az üzgündür, məşqləri yaxşı gedirdi. Zədəsi topuğundan deyil. Ümid edirəm ki, tezliklə geri dönər. Hazard yenidən oynamaq üçün irəli doğru baxır", - deyə Kurtua qeyd edib.