"Real Madrid" klubu yeni transferə hazırlaşır.

Offsideplus.az "Goal" nəşrinə istinadən xəbər verir ki, "kral klubu"nun yeni hədəfi İngiltərənin "Vulverhempton" komandasının futbolçusu Raul Ximenesdir.

"Real Madrid"  Madrid təmsilçisinin baş məşqçisi Zinəddin Zidan meksikalı hücumçunun transferində maraqlıdır.

Qeyd edək ki, Ximenes cari mövsümdə İngiltərə Premyer Liqasında meydana çıxdığı 3 oyunda 2 qol vurub.