"Barselona" gələn həftə yeni transferi Serxino Desti rəsmən açıqlayacaq.

Offsideplus.az Goal-a istinadən xəbər verir ki, "Barselona" "Ayaks" klubunun 19 yaşlı oyunçusunu transfer edir. Kataloniya təmsilçisi Dest üçün 20 milyon avro təklif edib. 

Qeyd edək ki, 19 yaşlı Serxino Dest 2012-ci ildən bəri "Ayaks" klubundadır, peşəkar karyerasına isə 2019-cu ildə başlayıb.