Yunus Musa "Valensiya"nın yüksəlməkdə olan gənc oyunçusudur.

Offsideplus.az La Liqa-ya istinadən gənc futbolçu Yunus Musa haqqında bilməniz gərəkən 5 faktı təqdim edir.

1. 17 yaşlı gənc "Valensiya" klubunda oynayan ilk ingilis, həmçinin ən gənc xarici oyunçudur.

 Qana əsilli Yunus Musa Nyu-Yorkda doğulmuş və İngiltərədə böyümüşdür. Yunus 29 Noyabr 2002-ci ildə anasının o vaxt tətildə olduğu Nyu-Yorkda anadan olub. Qana əsilli olmasına baxmayaraq 9 yaşına qədər İtaliyada yaşayıb və gənclik karyerasına yerli klub olan "Ciorconi"də başlayıb. Londona köçdükdən sonra "Arsenal"da yeddi il keçirib və "Hale End" Akademiyasından məzun olub.

2. Qana, İtaliya, ABŞ dövlətlərini yox, İngiltərəni təmsil etməyi seçdi.

Beynəlxalq səviyyədə İngiltərə, Qana, İtaliya və ya ABŞ-ı təmsil etmək hüququna malikdir. Gənc oyunçu bu günə qədər yalnız İngiltərəni beynəlxalq turnirlərdə təmsil edib. Son zamanlar İngiltərə U18 komandasında çıxış edib və əvvəllər U15, U16 və U17 komandalarının kapitanı olub.

 

Yunus Musah Valencia CF 2

 

3. Valensiyada rəqabətli bir matçda çıxış edən ilk ingilis!

Yunusun Valensiya komandasındakı ilk debütü 13 sentyabr 2020-ci il tarixində şəhər derbisində "Levante"yə qarşı, kluba qoşulduqdan bir gün sonra baş tutub. Belə ki, "Valensiya"nın rəqabətli bir matçında oynayan ilk ingilis Yunusdur!

4. O fərqli hücum yaratmağı bacaran bir yarımmüdafiəçidir.

Əsasən mərkəz oyunçusu olmasına baxmayaraq, "Levante" ilə matçda da göstərdiyi kimi 10 nömrə futbolçu kimi oynaya bilər. Yunus özü də keçid və yaradıcılıq qabiliyyətlərinin onun ən güclü atributları olduğunu bildirib.

5. Baş məşqçi Xavi Qrasiya gənc oyunçunun zirvəyə qədər gedə biləcəyini bildirib. 

Gənc olmasına baxmayaraq Yunus özünə inamını və liderlik qabiliyyətlərini artıq sübut edib. Meydanda yoldaşlarına səslənir və artıq İspan dilində əla danışır. "Valensiya"nın baş məşqçisi Xavi Qrasiya, matç sonrası mətbuat konfransında Yunusa xüsusi təriflər yağdırıb, yetkinləşdiyini vurğulayıb və gənc oyunçunun gələcəkdə özünü ən yüksək səviyyəyə qaldırmaq qabiliyyətinə malik olduğunu qeyd edib.

 

ENG GRAPHIC Yunus Musah first Englishman to debut for Valencia CF