"Barselona" gənc müdafiəçisini İngiltərə Premyer Liqası klubuna satmağa hazırlaşır.
Offsideplus.az xəbər verir ki, Katalon klubu yay transfer pəncərəsi bitməmiş oyunçusu Nelson Semedonu İngiltərə klublarından birinə satmaq istəyir.
26 yaşlı müdafiəçi üçün ingilis klublarından çox sayda təkliflər də gəlib. Semedo ilə bağlı bu həftəsonu bir qərar açıqlanacaq.
Qeyd edək ki, 2017-ci ildə "Benfika"dan "Barsa"ya keçən Nelson Semedo İspaniyada 124 oyunda iştirak edib.