İspaniyanın "Selta" klubunun qərargahında yanğın baş verib.
Offsideplus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, yanğın Bazar ertəsi saat 19:30-dan sonra baş verib. Alovun qarşısını almaq üçün beş yanğınsöndürən maşın və yerli polis xidmətləri cəlb olunub.
Klubdan yanğının ofislərə təsir etmədiyi və xoşbəxtlikdən heç kəsin xəsarət almadığı bildirilib.
10 dəqiqə içində nəzarət altına alınan yanğının səbəbinin nə olduğu polislər tərəfindən araşdırılır. İlkin fərziyyələrdən biri kondisionerlərin səbəb ola biləcəyi ilə bağlıdır.