“Barselona”nın gənc hücumçusu Ansu Fati zədələnib.

Offsideplus.az xəbər verir ki, İspaniya klubunun gənc oyunçusu Ansu Fati məşq zamanı zədələnib. Həkimlər Fatinin sağ bud nahiyəsinin əzildiyini bildirib. 17 yaşlı futbolçu yaxın günlərdə müayinədən keçəcəcəyi açıqlanıb. Belə ki, yalnız bundan sonra oyunçun durumuna aydınlıq gələcək.

Qeyd edək ki, Fati ötən mövsüm La Liqada 24 oyunda 7 qol vurub. Oyunçu ötən günlərdə baş tutan Millətlər Liqası matçında qol vuraraq İspaniya millisinin qol vuran ən gənc futbolçusu olmuşdu.