"Barselona"da çox xoşbəxtəm və klubda qalacam".
Offsideplus.az xəbər verir ki, bu sözləri Kataloniya klubunun oyunçusu Antuan Qrizmann deyib. "Barselona"dan ayrılacağı barədə söz-söhbət gəzən Qrizmann deyilənləri təkzib edib.
"Gələcəyim "Barsa"dadır? Bəli. Orada olmaqdan məmnunam. Klubun və baş məşqçinin güvəninə sahib olduğumu bilirəm, buna görə də özümü yaxşı hiss edirəm.Hamımız üçün qarışıq mövsüm oldu, amma indi hər şeyə yenidən başlayırıq", - deyə fransız oyunçu bildirib.