İspaniya Futbol Federasiyası bu mövsümdən etibarən La Liqa və Sequndaya bəzi dəyişiklər edilməsi barədə qərar qəbul edib.

Offsideplus.az xəbər verir ki, İspaniya La Liqası və Sequndasında 2020/21 mövsümündə oyun ərzində 5 əvəzetmədən istifadə olunacaq.

Həmçini  federasiyanın qərarına əsasən, iştirak ərizəsində 23 futbolçunun adı yer alacaq.

Qeyd edək ki, La Liqada yeni mövsümün startı sentyabrın 11-inə planlaşdırılsa da, 12-si başlayacaq.