Bu gün “Real Madrid” ilə “Rayo Valyekano” arasında keçirilməsi nəzərdə tutulan yoldaşlıq matçı ləğv edilib.

Offsideplus.az xəbər verir ki, buna səbəb “Rayo Valyekano”nun bir futbolçusunun kornovarisa yoluxma şübhəsinin olmasıdır.

Hazırda klub testin nəticəsini gözləyir. Digər oyunçuların sağlamlığını riskə atmamaq üçün görüşün təxirə salınmasına qərar verilib.