"İnter" "Barselona"nın ulduz oyunçusu Vidal ilə müqavilə bağlamağa getdikcə yaxınlaşır.

Offsideplus.az xəbər verir ki, Arturo Vidal və "İnter" klubu yaxın günlərdə iki illik müqavilə imzalayacaq. Vidal hazırda "Barselona" klubu ilə əlaqələrini kəsir və İtaliya klubu ilə əlavə bir mövsüm də uzadılması şərti ilə 2022-ci ilə qədər davam edəcək bir müqavilə üzrə razılığa gəlir. 

Oyunçunun illik gəlirinin 6 milyon avro olacağı bildirilir.