"Barselona"nın hücumçusu Antuan Qrizmann komandanın kapitanı Lionel Messinin klubdan ayrılmaq barədə qərarına münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, fransalı ulduz Messinin klubda qalacağına ümid etdiyini bildirib:

“Messidəki durumla bağlı xəbər almağa çalışırıq. Amma nə baş verirsə, onunla klub arasındadır. Sadəcə qalacağına ümid edirik. Hər şeyi dinləyirik, amma dəqiq bir məlumatımız yoxdur”.

Xatırladaq ki, Messinin Kataloniya klubundan ayrılacağı iddia olunur. Onun “Mançester Siti” ilə anlaşdığı bildirilir. Messinin agenti olan atası Xorxe Messi "Barselona"nın prezidenti Xosep Bartomeu ilə görüşdən sonra oğlunun müqaviləsi bitənə qədər klubda qala biləcəyinə işarə edib.