"Real Madrid"in oyunçusu Luka Modriç Messinin La Liqadan ayrılması barədə açıqlamalar verib.

Offsideplus.az xəbər verir ki, Luka Modriç Messinin La Liqanı tərk etməyinin böyük itki olduğunu düşünür. 

"Əgər bu həqiqətən də baş verirsə, o zaman La Liqanın nüfuzuna böyük zərbədir. Lakin biz irəli baxmalıyıq. Başqa futbolçular da ulduz oyunçu olmalıdır".

"Ronaldo tərk edərkən də eyni şey yaşandı. "Real Madrid" Ronaldosuz həyatına davam elədi, "Barselona" və La Liqa da davam edəcək", - deyə Modriç qeyd edib.