FİFA rəhbərliyi İdman Arbitraj Məhkəməsi (CAS) ilə birlikdə Lionel Messinin "Barselona"dan ayrılmasına kömək edəcək.

Offsideplus.az xəbər verir ki, dünyanın ali futbol qurumu bunu rəsmi şəkildə edərsə, o zaman oyunçunun 700 milyon avroluq sərbəstqalma dəyərini ödənilmədən Kataloniya təmsilçisindən ayrılması reallaşacaq.

Belə ki, 33 yaşlı hücumçunun klubla olan müqaviləsində pulsuz şəkildə klubdan ayrıla biləcəyi bəndinin müddəti iyun ayında bitdiyi deyilsə də, əslində müqavilədə yazılana əsasən, oyunçunun klubdan pulsuz ayrılmaq imkanı mövsüm bitib, yeni mövsüm başlayanadək mümkündür. Bu il isə pandemiya ilə əlaqədar olaraq, mövsümün bitməsi avqust ayının sonunadək uzanıb və yeni mövsüm sentyabr ayında başlayır. Bu isə Messinin hüquqi şəkildə klubdan pulsuz ayrılmasına şərait yaradır.
O cümlədən, qaydalara əsasən, əgər bir oyunçu klubdan ayrılmaq barədə qərarlıdırsa və rəsmi müraciət edilirsə, o zaman heç bir klub oyunçunu məcbur şəkildə klubda saxlaya bilməz.