Luis Suarez "İnter Mayami" klubu ilə transfer danışıqlarına başlayıb.

Offsideplus.az xəbər verir ki, yeni mövsümdə "Barselona"nın baş məşqçisi Ronald Kuman tərəfindən komandada istənilməyən Luis Suarez "İnter Mayami" klubu ilə görüşlər keçirib. 

Belə ki, Suarez Avropa klublarında oynamaq istəsə də, "İnter Mayami" klubunun təklifi oyunçunun diqqətini cəlb edib.