"Barselona" ulduz futbolçusu Lionel Messini sata biləcəyi qiyməti açıqlayıb.
Offsideplus.az "Daily Mirror"a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi argentinalı futbolçu ilə 700 milyon avro qarşılığında vidalaşmağa hazırdır. Bu oyunçunun sərbəstqalma məbləğidir.
Klubdaxili hadisələr və uğursuz nəticələrdən sonra Messi komandadan ayrılmaq niyyətindədir. Onunla PSJ, “İnter” və "Mançester Siti” klubların maraqlanır.
Xatırladaq ki, 33 yaşlı oyunçunun "Barselona" ilə müqaviləsi 2021-ci ilin yayına qədərdir.