Lionel Messi karyerası ərzində 1 milyard dollar qazanan ikinci futbolçu ola bilər.

Offsideplus.az xəbər verir ki, Messi 2020-2021 mövsümündə “Barselona”da qalarsa, ümumi gəliri 1 milyard dollara çatacaq.

Baş verəcəyi halda Messi Ronaldodan sonra ümumi gəliri 1 milyard dollara çatan ikinci futbolçu, dördüncü idmançı olacaq.

Belə ki, Ronaldodan başqa, qolfçu Tayqer Vuds və boksçu Floyd Meyvezerin də ümumi qazancı 1 milyard dolları keçib.