"Barselona" klubunun argentinalı ulduzu Lionel Messi komandanın yeni baş məşqçisi Ronald Kumanla görüşüb.

Offsideplus.az xəbər verir ki, ailəsi ilə birgə tətildə olan Messi istirahətini yarımçıq qoyaraq niderlandlı mütəxəssislə görüşüb və bir sıra məsələlər barədə danışıb.

Məlumata görə, 33 yaşlı hücumçu Kumana "Barselona"kı gələcəyindən əmin olmadığını bildirib.

Messi ona klubu tərk etmə ehtimalının çox böyük olduğunu bildirib. Futbolçu, hazırki müqavilə şərtlərinə görə də narahatlığını ifadə edib.

Qeyd edək ki, Kuman bu görüşdən əvvəl komandadan ayrılacağı ilə bağlı söz-söhbət gəzən Messi haqqında da açıqlama verib:

“Onunla danışacam, lakin bu futbolçu ilə məşqçi arasında olan özəl söhbətdir. Messi mənim üçün fərqlidir və klubun kapitanıdır. Lakin mətbuatın qabağında futbolçular haqqında danışmıram”.