"Barselona"nın gənc ulduzu Ansu Fati təmsilçilikdə cəsarətli bir dəyişiklik edib.

Offsideplus.az xəbər verir ki, 17 yaşlı oyunçu Xorxe Mendeşi yeni meneceri seçib.

Mendeş Kriştiano Ronaldo, Nelson Semedu və Anhel Di Maria kimi məşhur oyunçularla əməkdaşlıq edib.

Fatinin əvvəlki meneceri isə Lionel Messinin qardaşı Rodriqo Messi idi.

Qeyd edək ki, menecerlərin dəyişilməsinə görə heç bir səbəb göstərilməyib.