Çempionlar Liqasında Almaniyanın "Bavariya" klubuna 2:8 hesablı məğlubiyyətdən sonra baş məşqçi Kike Setyen və idman direktoru Erik Abidalla yolları ayıran "Barselona" rəhbərliyi klubu bir çox oyunçusu ilə yolları ayırmağa hazırlaşır.
Offsideplus.az xəbər verir ki, Katalon klubunun prezidenti Xosep Bartomeu klubda qalacaq futbolçuların adlarını açıqlayıb. Bunlar Messi, Ter Şteqen, Lenqlet, Semedu, De Yonq, Qrizmann və Dembeledir. Yeni təyin olunan baş məşqçi Ronald Kuman istəsə, Koutinyo da satılmayacaq.
Qeyd edək ki, daha əvvəl klubun kapitanı Lionel Messinin müqaviləsinin bitməsini (2021) gözləmədən klubdan ayrılacağı ilə bağlı məlumat yayılmışdı.