"Barselona" klubunun yeni baş məşqçisi məlum olub.

 Offsideplus.az xəbər verir ki, bir neçə gün əvvəl istefaya göndərilən Kiki Setyeni bu postda Ronald Kuman əvəz edib.

57 yaşlı niderlandlı mütəxəssis son olaraq ölkəsinin yığmasını çalışdırıb.

Qeyd edək ki, Kuman 1989–1995-ci illərdə "Barselona"da çıxış edib.