"Barselona" klubunun əsas qapıçısı Mark-Andre ter Ştegen dizindən əməliyyat edilib.

Offsideplus.az xəbər verir ki, alman qolkiperin təxminən 2 ay yarım yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Əməliyyat 28 yaşlı qapıçının sağ dizindəki problemlərin qarşısını almağa kömək edəcək ehtiyat tədbiri olaraq həyata keçirilib.