"Barselona" klubunun futbolçusu Samuel Umtiti koronavirusa yoluxub.

Offsideplus.az xəbər verir ki, 26 yaşlı müdafiəçidən dünən götürülən testin nəticəsi pozitiv çıxıb.

Futbolçu hazırda özünütəcrid şəraitindədir.

Onunla təmasda olan şəxslər COVİD-19 testindən keçəcəklər.