Madrid "Real"ının yarımmüdafiəçisi Xames Rodriqes eyniadlı şəhərin digər təmsilçisi "Atletiko"ya keçmək üzrədir.

Offsideplus.az xəbər verir ki, 29 yaşlı kolumbiyalı futbolçu bu yay 10-15 milyon avro qarşılığında "Atletiko"ya transfer  ediləcək.

Qeyd edək ki, 2019-20 mövsümündə 14 oyunda meydana çıxan oyunçu 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.