Türkiyə millisinin sabiq üzvü İsmayıl Köybaşı İspaniyanın “Qranada” klubundan ayrılıb.
Offsideplus.az xəbər verir ki, La Liqa təmsilçisi 31 yaşlı müdafiəçi ilə başa çatan müqaviləsini yeniləməyib.
Qeyd edək ki, ötən yay “Qranada”ya transfer olunan Köybaşı bu komandanın heyətində 7 oyun keçirib, 1 qol vurub.