“Real” mövsümün sonu futbolçusu Serxio Reqilonla yolları ayıracaq.
Offsideplus.az “Marca”ya istinadən xəbər verir ki, icarə əsasında “Sevilya”da oynayan 24 yaşlı müdafiəçi "kral klubu"nun satılanlar siyahısındadır. Madridlilər transfer pəncərəsi zamanı bir neçə futbolçusunu satmaq və bundan 180 milyon avro gəlir görürmək niyyətindədir.
Qeyd edilir ki, klub “Sevilya”dakı oyunçusunun çıxışından razı olsa da, sol cinahda Marselo və Mendinin oynadığını nəzərə alaraq onu satmağa qərar verib.