Hazırda hücum mövqeyində problemlər yaşayan "Real" Madrid qış transfer pəncərəsində hücumçu almaq fikrindədir.
Offsideplus.az xəbər verir ki, bu məqsədlə “Real” İspaniya millisi və “Barselona”nın sabiq üzvü David Vilyanı icarəyə götürə bilər. ABŞ-ın “Nyu-York Siti” klubunda forma geyinən 36 yaşlı hücumçunun keçidinə artıq komandanın baş məşqçisi Zinəddin Zidan da razılıq verib.
Qeyd edək ki, hazırda ABŞ çempionatında fasilədir.
qol.az