"Real"ın baş məşqçisi Zinəddin Zidan Lionel Messinin "Barselona"dan ayrılmasını istəmir.

Offsideplus.az xəbər verir ki, fransalı mütəxəssis argentinalının klubu ilə yeni müqavilə imzalamaqdan imtina etməsi ilə bağlı danışarkən: "Nə olacağını bilmirəm, amma Messinin “Barselona”dan getməyəcəyinə ümid edirik. Çünki o, bizimlə birgə eyni çempionatda çıxış edir. Biz isə La Liqada ən yaxşıların oynamasını istəyirik” sözlərini işlədib.

Qeyd edək ki, 33 yaşlı argentinalının 2021-ci ildə Kataloniya klubundan ayrılacağı bildirilir. Messi cari mövsüm La Liqada keçirdiyi 28 matçda 22 qol vurub və 18 assist edib.