"Barselona"nın hücumçusu Antuan Qrizmannın mövsüm sonunda komandadan ayrılma variantı gündəmdədir.
Offsideplus.az xəbər verir ki, davamlı Lionel Messi ilə problemlər yaşadığı iddia olunan futbolçu ilə “Arsenal” və “İnter” klubları maraqlanır. Futbolçunun meneceri olan bacısı gələn həftə danışıqlar üçün Barselonaya gələcək.
Ayrılığa digər səbəb isə, son turda "Atletiko”ya qarşı görüşdə (2:2) 90-cı dəqiqədə meydana daxil olmasıdır.
"Barselona"nın prezidenti Xosep Maria Bartomeu da bir müddət əvvəl hücumçunun performansından narazılığını gizlətməmişdi.
Koronavirus pandemiyasına görə yaranan fasilədən sonra 4 oyundan üçündə iştirak etməyən, birində isə son dəqiqələrdə meydana daxil olan futbolçunun istəyi klubunu dəyişmək deyil, əsas heyətdə yer almaqdır.
İtaliya mətbuatı "Barselona"nın Suarezə əvəzləyici gördüyü Lautaro Martines üçün Qrizmanndan vaz keçməyə hazır olduğunu iddia edir.
Katalon klubunun baş məşqçisi Kike Setyen isə son oyunlarda şans vermədiyi Qrizmann barədə "ona əsas heyətdə yer açmaq üçün bütün sistemi dəyişdirmək lazımdır" ifadəsini işlətmişdi.
Qeyd edək ki, Qrizmann cari mövsümdə 43 oyuna 14 qol vurub.