"Barselona"nın futbolçusu Serxio Buskets zədəsini sağaldıb.

Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, o, Çempionlar Liqasının 1/4 finalında "Roma" ilə oyun öncəsi məşqdə iştirak edib. Komandanın baş məşqçisi Ernesto Valverde şans verəcəyi təqdirdə, o, İtaliya klubuna qarşı oynayacaq.

Qeyd edək ki, "Barselona" - "Roma" görüşü aprelin 4-ü keçiriləcək.