2015-ci ildə "Atletiko Madrid"dən "Barselona"ya transfer olunan Arda Turanın katalon klubu ilə müqaviləsi başa çatıb.

 Offsideplus.az xəbər verir ki, 2018-ci ildə qış transfer pəncərəsində "Başakşehir"in icarəyə götürdüyü futbolçu ilin əvvəlində klubla yollarını ayırmışdır.

Altı aydır futboldan uzaq qalan Arda Turanın "Barselona" ilə 5 illik müqaviləsi 30 iyuna qədər idi.

Qeyd edək ki, 33 yaşlı futbolçu 2,5 il "Barselona" karyerasında 55 rəsmi oyunda 15 qol, 11 asisstlə yadda qalıb.