Qətərin “Əl-Sədd” klubunun baş məşqçisi Xavi Hernandes "Barselona"nı çalışdırmaq istədiyini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, gənc mütəxəssis xəyalının sabiq klubuna baş məşqçi kimi uğur qazandırmaq olduğunu bildirib:
"İndi ən böyük xəyalım "Barsa"ya baş məşqçi kimi qayıdıb uğur qazanmaqdır. Orada hər şeyi sıfırdan başlaya biləcəyim bir vaxtda olmaq istəyirəm. Dəfələrlə demişəm, "Barsa"da qərarlar verən məsul şəxs qismində olmaq istəyirəm. Prezident seçkilərindən sonra klubda baş məşqçi olmağı daha üstün tuturam. Mənimlə yanvar ayında danışıqlar aparılmışdı. Onlara qayıtmağın uyğun vaxtı olmadığını bildirmişdim. Ümid edirəm mənimlə bu mövzuda yenidən danışıqlar aparacaqlar".